Home » “AzerGold” rəqəmsal transformasiya üzrə yeni mərhələyə başlayıb

“AzerGold” rəqəmsal transformasiya üzrə yeni mərhələyə başlayıb

by yunus
0 comments 0 views 1 minutes read

“AzerGold” QSC 2025-2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsinin icrasına yeni mərhələdə start verib. Bu Yol Xəritəsi Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində hazırlanıb və dövlət başçısının 16 yanvar 2025-ci il tarixli fərmanı ilə təsdiqlənib.

BBN.az xəbər verir ki, Şirkət rəhbərliyi bildirir ki, yeni mərhələ istehsalat və idarəetmə proseslərinin optimallaşdırılmasını, əməliyyat səmərəliliyinin artırılmasını və innovativ texnologiyaların tətbiqini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına uyğun olaraq, bu addımlar strateji hədəflərin reallaşdırılmasına xidmət edir.

Ötən dövrdə Yol Xəritəsi çərçivəsində bir sıra nailiyyətlər əldə olunub: rəqəmsallaşma layihələrinə nəzarət üçün müşavir institutu yaradılıb, kibertəhlükəsizlik üzrə məsul şəxslər təyin olunub, “Mədəndən Tərəziyə – Tərəzidən Emala” sisteminin birinci modulu istifadəyə verilib və geoloji məlumatlar üçün vahid informasiya sistemi formalaşdırılıb.

Cari ilin əsas strateji mərhələsi məlumat əsaslı qərarvermə və analitik yetkinliyin artırılmasıdır. Planlaşdırılan tədbirlər çərçivəsində struktur islahatları aparılacaq, məlumatların analitik təhlili təmin olunacaq və gələcəkdə süni intellekt texnologiyalarının tətbiqi üçün infrastruktur hazırlanacaq.

Layihələr həmçinin Cəmiyyətin Rəqəmsal Yetkinlik İndeksinə uyğun inkişafı dəstəkləyəcək, şirkətin rəqabət qabiliyyətini artıracaq və dayanıqlı inkişaf hədəflərinə töhfə verəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.