Home » Azexport.az portalının Quba rayonunda sahibkarlarla görüşü keçiriləcək

Azexport.az portalının Quba rayonunda sahibkarlarla görüşü keçiriləcək

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Quba rayonunda fəaliyyət göstərən sahibkarların və gənclərin elektron ticarət biliklərinin artırılması məqsədilə görüş təşkil olunacaq. Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının dəstəyi ilə baş tutacaq tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalının iş prinsipi və portalın xarici bazarlara çıxış üçün təqdim etdiyi imkanlar barədə məlumatlar veriləcək.

Görüşdə iştirakçılara “Amazon”, “eBay”, “Alibaba” kimi beynəlxalq elektron ticarət platformalarında məhsul yerləşdirmə imkanları, həmçinin “Payoneer” beynəlxalq ödəniş sistemindən istifadəyə dair praktik nümunələr üzərindən zəruri məlumatlar təqdim olunacaq.

Tədbir 03.06.2024-cü il saat 12:00-da Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba rayon filialında keçiriləcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.