Home » Azranking.az: “İnsan Kapitalı” işçi qrupunun 2023-cü ilin birinci yarımili üzrə hesabat iclası keçirilib

Azranking.az: “İnsan Kapitalı” işçi qrupunun 2023-cü ilin birinci yarımili üzrə hesabat iclası keçirilib

by anar
0 rəy 2 baxış 2 dəqiqə oxuma

Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq məqsədilə yaradılmış “Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya”sında Elm və Təhsil Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən İnsan Kapitalı işçi qrupunun 2023-cü il üzrə təsdiqlənmiş Fəaliyyət Planında birinci yarımil üzrə əldə edilən ilkin nəticələri əks etdirən videokonfrans formatında növbəti iclası keçirilib.

İnsan Kapitalı işçi qrupunun rəhbəri iclas iştirakçılarını salamlayaraq, işçi qrupunun 2023-cü ilin birinci yarımili ərzindəki ümumi fəaliyyəti, tədbirlər planının icra vəziyyəti və o cümlədən, Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini cənab Yaqub Eyyubov tərəfindən işçi qrupuna Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin müzakirəsinin təşkil edilməsi və nəticələri üzrə zəruri tədbirlərin görülməsi tapşırığı ilə bağlı ətraflı məlumat verərək qarşıda duran məsələlər barədə çıxış edib.

Daha sonra, iclasın gündəliyinə uyğun olaraq işçi qrupunun Katibi C.Hüseynli çıxış edərək, qlobal indekslərə daxil olan 27 indikator üzrə ümumilikdə  görülməsi nəzərdə tutulan 61 tədbiri özündə əhatə edən Fəaliyyət Planı barədə ətraflı məlumat verərək bunun “Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası” ilə vəhdətliyinin təşkil etməsinin də xüsusi olaraq diqqətə alınmasını bildirdi. Həmçinin, nəzərdə tutulmuş tədbirlər üzrə görülmüş işlərin cari vəziyyəti, o cümlədən ölkəmizdə cari ilin ilk altı ayı ərzində elm və təhsil sahəsində qəbul edilmiş və insan kapitalının inkişafına xüsusi xidmət edən bir sıra yeni hüquqi aktlar və onların əhatə dairəsi barədə məlumat verdi.

İnsan Kapitalı işçi qrupunun sonuncu iclasında qəbul edilən, dövlət tərəfindən təhsilə digər mənbələrdən də çəkilən xərclərə dair məlumatların beynəlxalq təşkilatlara təqdim edilməsi ilə bağlı qərara müvafiq olaraq Dövlət Statistika Komitəsi Aparatının Sosial statistika şöbəsinin müdiri E.Hacı ətraflı məlumat verərək, son illər üzrə beynəlxalq hesabatlardakı bir şagirdə düşən xərclərlə bağlı statistik məlumatlarının təhlil edildiyini və qeyd edilən yeni məlumatların təqdim edilməsi nəticəsində UNESCO-nun Təhsil İnstitutu tərəfindən dərc edilən yeni hesabatlar üzrə beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini bildirdi.

Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, Azərbaycan Respublikasının Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyəti və əldə edilmiş ilkin nəticələrin təhlili ilə bağlı təqdimatla çıxış etdi.

Yekunda müzakirələr zamanı iclas iştirakçıları mövzu ətrafında öz fikirlərini çıxış edərək bildirdilər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.