
18 iyun 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi və bank sektorunun nümayəndələri IsDB Group Annual Meetings 2026 tədbiri çərçivəsində təşkil olunan sessiya və görüşlərdə iştirak ediblər.
Tədbir zamanı iştirakçılar bank və maliyyə sektoruna dair müxtəlif müzakirələrdə və panel sessiyalarında yer alıblar.
Tədbir çərçivəsində Azərbaycan pavilyonu da fəaliyyət göstərib. Pavilyonda Azərbaycan Banklar Assosiasiyasının stendi də yer alıb və Assosiasiya burada öz stendi ilə təmsil olunub.
Qeyd edək ki, IsDB Group Annual Meetings 2026 müxtəlif ölkələrdən hökumət nümayəndələrini, beynəlxalq maliyyə institutlarını, bank sektorunun təmsilçilərini və ekspertləri bir araya gətirən mühüm beynəlxalq platformadır. Tədbir əməkdaşlıq imkanlarının müzakirəsi, təcrübə mübadiləsi və yeni tərəfdaşlıqların qurulması baxımından əhəmiyyət kəsb edir.








