Home » Azərbaycan Beynəlxalq Bankından səyyar bankomatlar layihəsi

Azərbaycan Beynəlxalq Bankından səyyar bankomatlar layihəsi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Beynəlxalq Bankı xüsusilə pensiyalar verilən vaxtlar bankomatlar qarşısında növbələrin yaranmaması üçün əhali sıxlığının böyük olduğu ərazilərə səyyar bankomatların göndərilməsinə başlayıb. Pensiyaçılar öz pensiyalarını Azərbaycan Beynəlxalq Bankının bankomatları ilə yanaşı, ölkəmizdəki bütün bankların bankomatlarından da komissiyasız nağdlaşdıra bilərlər.

Pensiyaya yeni çıxmış insanların öz pensiya kartlarını almaqdan ötrü karantin rejimi dövründə banka gəlmək ehtiyacını aradan qaldırmaqdan ötrü Azərbaycan Beynəlxalq Bankı “Böyüklərə hörmətlə” təşəbbüsü çərçivəsində pensiya kartlarının evdə çatdırılması xidmətinin tətbiqinə də başlayıb.

Pensiyaçılar buradan onlayn sifariş etməklə hazır pensiya kartlarını yaşadıqları ünvanda əldə edə bilərlər. Kartın ünvana çatdırılmasına görə heç bir xidmət haqqı tələb olunmur.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı müddəti martda tamamlanmış pensiya kartlarının istifadə vaxtını da apreldən başlayaraq daha üç ay uzadıb. Kart sahibləri növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları ölkədaxili nağdsız ödənişlər üçün də keçərlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.