Home » Nəhəng texnologiya beşliyi koronavirusla mübarizəyə nə qədər töhfə verib?

Nəhəng texnologiya beşliyi koronavirusla mübarizəyə nə qədər töhfə verib?

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

COVID-19 virusu ilə mübarizədə hökumətlər ilə yanaşı, özəl şirkətlər də həmrəylik göstərərək öz töhfələrini verirlər. Şirkətlər arasında isə, texnologiya sahəsində ixtisaslaşan şirkətlər fərqlənirlər.

Dünyanın ən böyük texnologiya beşliyi olan “FAAMG” – Facebook, Amazon, Apple, Microsoft, Google şirkətləri pandemiya dövründə ABŞ iqtisadiyyatının stabilliyinin qorunması üçün bir sıra addımlar atıblar. Ümumilikdə 4.7 trilyon dollar bazar kapitalizasiyasına malik olan şirkətlər koronavirusla mübarizəyə ümumilikdə 1 milyard 252 milyon dollarlıq töhfə veriblər.

“Apple” şirkəti 22 milyard dollar həcmində xeyriyyə ianələri bağışlayıb. “Microsoft” şirkəti 20 milyon dolları səhiyyə araşdırmalarına olmaqla, ümumilikdə 27.5 milyon dollar koronavirusla mübarizəyə ayırıb. Digər tərəfdən isə, şirkət CEO-su Bill Gates öz şəxsi büdcəsindən bir sıra səhiyyə təşkilatlarına vaksinin əldə edilməsi üçün maliyyə vəsaiti ayırıb. “Amazon” şirkəti ümumilikdə 72 milyon dollar vəsait ayırıb. Bunun 6.5 milyon dolları kiçik və orta sahibkarlığa dəstək, 20 milyon dolları isə səhiyyə sahəsində araşdırmalara ayrılıb.

Sosial media nəhəngi “Facebook” 100 milyon dolları kiçik və orta sahibkarlara, 105 milyonu media və jurnalistika təşkilatlarına olmaqla ümumilikdə 248 milyon dollar vəsait ayırıb. “Google” xidmətinin ana şirkəti olan “Alphabet” isə koronavirusla mübarizəyə 856.5 milyon dollar həcmində töhfə verib. Bunun 575 milyonu bizneslərə ayrılan vəsaitə, 270 milyonu isə səhiyyə araşdırmalarına hesablanıb.

Şirkətlərin ümumi bazar kapitalizasiyasını nəzərə aldıqda, 1.252 milyard dollarlıq investisiya az görünsə də, bu şirkətlər yeni texnoloji həllər hazırlamaqla da virusla mübarizəni dəstəkləyirlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.