Home » Azərbaycan fevralda gündəlik 750,6 min barrel neft hasil edib

Azərbaycan fevralda gündəlik 750,6 min barrel neft hasil edib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

2020-ci ilin fevral ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 750,6 min barrel olub. Bunun 667,4 min barrelini xam neft, 83,2 min barrelini kondensat təşkil edib. Gündəlik  530,3 min barrel xam neft, 79,6 min barrel kondensat, 12,4 min barrel neft məhsulları ixrac edilib.

Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Energetika Nazirliyi fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında “qəbul edilmiş Razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin mart ayının sonunda başa çatır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.