Home » Qazaxıstan faiz artımına gedib

Qazaxıstan faiz artımına gedib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Qazaxıstan Milli Bankı xarici sektor tərəfindən risklərin mənfi təsiri fonunda qiymətlərin sabitliyinin qorunması məqsədilə uçot dərəcəsinin səviyyəsinə dair növbədənkənar qərar qəbul edib.

Mart ayının 10-dan etibarən uçot dərəcəsi 2,75 baza bəndi artırılaraq 12 faiz (daha əvvəl 9,25 faiz idi) səviyyəsində müəyyən olunub. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,5 faizlik diapazonda müəyyənləşdirilib (13,5 faiz və 10,5 faiz).

Uçot dərəcəsinin artırılması haqqında qərar dünya iqtisadiyyatında vəziyyətin kəskin dəyişməsinə cavab olaraq qəbul edilib. “Covid-19” virusunun yayılma coğrafiyasının əhəmiyyətli dərəcədə genişlənməsi, Qazaxıstan məhsullarının əsas istehlakçıları olan ölkələrin iqtisadi inkişaf perspektivlərinin zəifləməsi qərarın qəbul edilməsi üçün əsas amillər olub.

Qeyd edək ki, Milli Bankın uçot dərəcəsi üzrə qərarının martın 16-da elan olunması nəzərdə tutulurdu.

Xatırladaq ki, martın 9-da dünya birjalarında neftin qiymətinin ucuzlaşması fonunda Nur-Sultan (keçmiş Astana) və Almatıdakı valyuta mübadilə məntəqələrində ABŞ dolların məzənnəsi kəskin şəkildə yüksəlib.

Mənbə:Azərtac

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.