Home » “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinin sədri və üzvü vəzifələrindən ayrılır

“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinin sədri və üzvü vəzifələrindən ayrılır

by Zeyneb
0 comments 0 views 1 minutes read

“Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Kənan Əzizağa oğlu Orucov vəzifəsindən ayrılır.

Məlumata görə, 23 sentyabr 1969-cu ildə Bakıda anadan olan Kənan Orucov 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib. O, 1990-cı ildən Azərbaycan Beynəlxalq Bankında müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Kənan Orucov 2016-cı ildən “Azərbaycan Sənaye Bankı” ASC-də İdarə Heyətinin müşaviri, 17 dekabr 2018-ci ildən isə İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin üzvü vəzifələrində fəaliyyət göstərib. O, 29 iyun 2020-ci ildə bankın İdarə Heyətinin sədri təyin olunub.

Bundan başqa, İlker Hepçorman da “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinin üzvü vəzifəsindən ayrılıb. O, 2024-cü ilin avqustunda bankın İdarə Heyətinə üzv seçilmişdi.

Qeyd edək ki, İlker Hepçorman 2026-cı ilin iyulunda “Millikart” MMC-nin icraçı direktoru təyin edilib. O, bu vəzifədə 2022-ci ildən şirkətə rəhbərlik edən Emin Muxtarovu əvəz edib. Hepçorman 2013-cü ildən “Azərbaycan Sənaye Bankı”nda rəqəmsal bankçılıq və ödəniş kartları sahəsində çalışıb.

Hazırda “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətində Sarvan Umudvar oğlu Mikayılov, Uğur Vaqif oğlu Mahmudov və Anar Həsənalı oğlu Məmmədov yer alır.

Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” 1996-cı ildə yaradılıb və bankın nizamnamə kapitalı 60 milyon manat təşkil edir. Bankın səhmdarları “Anadolu Investment Company” MMC (98,43%), Leyla Gözal Kurt (1%) və “Azərbaycan Sənaye Lizinq Şirkəti”dir (0,58%).

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.