
2025-ci il iyunun 1-nə olan məlumata görə, Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.
BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,79 faiz bəndi artıb.
Xarici valyutada verilən yeni kreditlərin orta faiz dərəcəsi isə 6,59% olub ki, bu da illik müqayisədə 0,84 faiz bəndi yüksəlib.
Bundan əlavə, iyunun 1-nə bankların ümumi kredit portfeli 28 milyard 386,5 milyon manata çatıb. Kreditlərin 15 milyard 100 milyon manatı biznes, 8 milyard 881,9 milyon manatı istehlak, 4 milyard 404,6 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.




