3
Bu il avqustun 1-nə Azərbaycanda 1 milyon 470 min 553 nəfər vergi ödəyicisi uçotda olub.
BBN.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 7,3% çoxdur.
Vergi ödəyicilərinin 87,3%-i fiziki şəxslər, 12,7%-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 7%, təşkilatların sayı isə 9,3% artıb.