Home » Azərbaycanın bank sektorunun xalis mənfəəti 25,8 % artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 25,8 % artıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 858,7 milyon manat xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 % çoxdur.

Hesabat dövründə bankların əməliyyat gəlirləri 4 milyard 403 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 13,25 % artıb.

7 ay ərzində bankların əməliyyat xərcləri 3 milyard 57,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,25 % çoxdur.

Bankların xüsusi ehtiyatlara ayırmaları 273,4 milyon manat təşkil edib və illik müqayisədə 13 % artıb. Gözlənilməz xərclər isə 0,3 milyon manat olub. Ötən ilin eyni dövründə bu istiqamətdə gəlir qeydə alınmışdı.

Yanvar-iyul aylarında bankların mənfəət vergisi üzrə ödəmələri 213,4 milyon manat təşkil edib. Bu, illik müqayisədə 28,8 % artım deməkdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.