Home » Azərbaycanın sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyir

Azərbaycanın sığorta sektorunun məcmu kapitalı requlyativ tələbi 2 dəfə üstələyir

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanın sığorta sektorunun məcmu kapitalı mövcud requlyativ tələbi 2 dəfə üstələyir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son iki ildə ölkədə sığorta sektorunda mühüm artım qeydə alınıb. Belə ki, sığorta haqları 23% artaraq 1,5 milyard manata, sığorta ödənişləri isə 57% yüksələrək 0,9 milyard manata çatıb. Eyni dövrdə sektorun aktivləri 18% artaraq 2,1 milyard manata yüksəlib.

Ə.Məmmədyarov qeyd edib ki, sığorta sektorunun kapital mövqeyi əhəmiyyətli dərəcədə güclənib və əldə olunan göstəricilər sektorun sağlam inkişaf trayektoriyasında olduğunu, maliyyə sabitliyinin isə daha da möhkəmləndiyini nümayiş etdirir.

AMB rəsmisinin sözlərinə görə, qarşıdakı dövr üçün də geniş strateji hədəflər müəyyənləşdirilib. Hazırda növbəti strateji mərhələni əhatə edən yeni inkişaf strategiyası hazırlanır.

“Risk əsaslı prudensial nəzarət modelinin tam şəkildə formalaşdırılması, reaktiv nəzarət modelindən proaktiv nəzarət modelinə keçid, xüsusi tənzimləmə rejiminin tətbiqinin genişləndirilməsi, alternativ sığorta məhsullarının tətbiqi, istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi və rəqəmsal innovasiyaların genişləndirilməsi əsas prioritetlər sırasındadır”, – deyə o vurğulayıb.

Ə.Məmmədyarov bildirib ki, bu istiqamətlər risklərin daha effektiv idarə olunmasına, innovativ məhsulların bazara çıxarılmasına və istehlakçı tələblərinə uyğun məhsul və xidmətlərin təqdim edilməsinə töhfə verəcək.

O, həmçinin sığorta sektorunun gələcək inkişafının təmin olunması və müasir dövrün yaratdığı çağırışlara çevik cavab verilməsi üçün qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və ortaq fəaliyyətin vacibliyini qeyd edib.

Mənbə: “Report”

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.