Home » Azərbaycanlı turizmçilər “Samsun İkiztepe Sağlıq Zirvəsi”ndə iştirak ediblər

Azərbaycanlı turizmçilər “Samsun İkiztepe Sağlıq Zirvəsi”ndə iştirak ediblər

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Noyabrın 3-dən 6-dək Türkiyənin Samsun şəhərində “Samsun İkiztepe Sağlıq Zirvəsi” konfransı keçirilib. Konfrans sağlamlıq turizminin inkişafı və müasir trendlərə həsr edilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Turizm və Xidmət üzrə iş  Komissiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti konfransda təmsil olunub. Tədbir çərçivəsində Samsunun sağlıq turizmi imkanları ilə tanış olmaq, ikitərəfli əlaqələr qurmaq, Azərbaycanın tibbi və sağlamlıq, kurort turizmini tanıtdırmaq üçün B2B görüşlər keçirilib.

Açılış mərasimində Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) sədri Orhan Aydın, Samsun Bələdiyyə Başkanı Mustafa Demir və digər səlahiyyətli şəxslər çıxış ediblər.

Açılış mərasimində Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) sədri Orhan Aydın Türkiyənin sağlıq turizm potensialının yüksək olduğunu və Qaradəniz bölgəsində Samsunun bir tibbi mərkəzə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda hər 100 dərmandan 68-i yerli istehsaldır. Türkiyənin əczaçılıq sənayesinin inkişafı nəticəsində ölkə ixracda idxalı üstələyib və ixrac 55% ilə önə çıxıb.

Eyni zamanda, dünyada tibbi cihazların istehsalı sahəsində Türkiyə 3-cüdür, 100 milyard TL civarında sağlıq turizmindən gəlir əldə edəcək.

“Türkiyə 100-cü ilində liderlərdən biridir. Sağlıqda dönüş proqramı 2023-cü ildən başlayır”- deyə, Orhan Aydın vurğulayıb.

Çıxışlar əsnasında Azərbaycan Sahibkarlar Konfederasiyasının Turizm və Xidmət üzrə iş  Komissiyasının sədri Ruslan Quliyev Azərbaycan nümayəndə heyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev adından Samsun Bələdiyyə Başkanı Mustafa Demirə xatirə plaketini təqdim edib. Mustafa Demir öz növbəsində təşəkkürünü bildirib və qardaş Azərbaycan xalqına dərin sevgi və salamlarını çatdırıb. O, xüsusilə Samsun və Sumqayıtın qardaşlaşmış şəhərlər olduğunu vurğulayıb.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Qulyev bildirib ki, Qaradəniz bölgəsinə Azərbaycan böyük bir heyətlə səfər edib. “Əsas məsələ əlaqələrin davamlı olmasını təmin etməkdir”, – deyən R.Quliyev Azərbaycan və Türkiyənin sağlıq turizmi sahəsində qarşılıqlı turist cəlb etmək imkanlarının olduğunu vurğulayıb.

Bunun üçün avtobus, dəmiryolu vasitəsilə sərnişindaşımanın işə düşməsi və Samsun-Bakı birbaşa hava reyslərinin açılmasının sağlıq, tibbi turizm axınına təkan verəcəyini xüsusi qeyd edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.