Home » “Bakcell” parkinq ödənişlərini sürətli etdi

“Bakcell” parkinq ödənişlərini sürətli etdi

by anar
0 comments 2 views 1 minutes read

“Bakcell” şirkəti abunəçilərinə parkinq ödənişlərini sürətli ödəmək imkanı yaradıb.

Artıq abunəçilər parkinq xidmətini mobil balansdan ödəyə biləcəklər.

Xidmətin aktivləşdirilməsi, deaktiv edilməsi sms vasitəsilə həyata keçiriləcək. Üstəlik, sms pulsuzdur. Qiymətlər müəyyən edilmiş tariflərə uyğun olaraq, minimum 30 qəpikdən başlayır.

“Bakcell” abunəçiləri avtomobilin qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsini 1181 qısa nömrəsinə SMS göndərərək parkinq zamanını başladacaqlar. Parkinqdən çıxarkən isə, “stop” yazıb 1181 qısa nömrəsinə SMS göndərmək kifayətdir.

Korporativ abunəçilər isə ödənişi yalnız “AzParking” mobil tətbiqi vasitəsilə, həyata keçirə bilərlər.

“Bakcell” şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir. Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.