
Texnologiya dünyası sürətlə dəyişir və süni intellektin (AI) maliyyə sektoruna, istehsala və logistikaya inteqrasiyası artıq bir “seçim” deyil, “zərurət” halını alıb. Qlobal bazar ekspertləri bildirir ki, robot texnologiyaları və AI həlləri həm əməliyyat xərclərini optimallaşdırır, həm də qərarvermə proseslərini daha dəqiq edir.
Özəlliklə, avtomatlaşdırılmış anbar sistemləri, alqoritmik ticarət və müştəri xidmətlərində tətbiq olunan AI, şirkətlərin rəqabətə davamlılığını artıran əsas amillərdəndir. İnvestorlar üçün bu sahə hazırda böyük potensial vəd edir, lakin analitiklər hər zamankı kimi diqqətli olmağı, texnoloji trendləri fundamental göstəricilərlə uzlaşdırmağı tövsiyə edir. Qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda, texnoloji innovasiyalar investorlar üçün “təhlükəsiz və perspektivli liman” olmağa davam edir.




