Home » Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq Enerji Xartiyası və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın sədrliyi ilə “Enerji istehsalı, nəqli, istilik və soyutma sahələrində bərpa olunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusunda Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək. Forum 28 oktyabr 2020-ci il tarixində saat 9:00-dan 13:00-dək onlayn formatda təşkil olunacaq.

Forumda bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək, həmçinin bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdıracağı müzakirə ediləcək. Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edəcəklər.

Forumda iştirak dəvət əsasında həyata keçirilir. Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.