Home » Bakı Fond Birjası BMT-nin qlobal təşəbbüs proqramı olan WEPs-ə qəbul olunmuşdur

Bakı Fond Birjası BMT-nin qlobal təşəbbüs proqramı olan WEPs-ə qəbul olunmuşdur

by bbnadm
0 comments 0 views 1 minutes read

22 Fevral 2022-ci il tarixində Bakı Fond Birjası BMT-nin Qadın Agentliyi və BMT Qlobal Sazişinin təşəbbüsü ilə irəli sürülən Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri “Qadınların səlahiyyətlərinin artırılması prinsipləri” WEPs (Women Empowerment Principles) təşəbbüsünə qoşulmuşdur. Ötən il oktyabr ayında tərəflər arasında ilkin görüşlər keçirilmiş qeyd olunan mövzu barəsində əməkdaşlığın aparılmasına qərar verilmişdir. Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri şirkətləri əmək və insan hüquqları standartları haqqında məlumatlandıraraq gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasını təşviq edir.

Qeyd edək ki, UNDP (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) ilə əməkdaşlıq çərçivəsində Bakı Fond Birjası hər il gender bərabərliyinə həsr olunmuş “Açılış Zəngi” tədbiri keçirir.

Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi (WEESC II) çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşir. Layihənin əsas hədəflərindən biri BMT-nin “UN Women”/“UN Global Compact” strukturlarının Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi prinsipləri (“Bərabərlik biznes deməkdir!”) haqqında məlumatlılığı artırmaq məqsədilə şirkətlərə texniki dəstək təmin etməkdir.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.