Home » “Bakı Fond Birjası” və “Qırğız Fond Birjası” arasında Anlaşma Memorandumu imzalanmışdır

“Bakı Fond Birjası” və “Qırğız Fond Birjası” arasında Anlaşma Memorandumu imzalanmışdır

by anar
0 comments 3 views 1 minutes read

26 iyul 2023-cü il tarixində Çolpan-Ata şəhərində (Qırğızıstan) keçirilən Azərbaycan-Qırğızıstan Biznes Forumu çərçivəsində “Bakı Fond Birjası” QSC və “Qırğız Fond Birjası” QSC arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum “Bakı Fond Birjası” QSC tərəfindən İdarə Heyəti Sədrinin v.m.i.e. Eldar Abdullayev və “Qırğız Fond Birjası” QSC tərəfindən prezident Nazaraliev Medetbek Tagaybekoviç tərəfindən imzalanmışdır.

Bu memorandum hər iki ölkənin birjalarına kapital bazarında əməkdaşlığı genişləndirməyə,  birja ticarətinin təşkili üzrə təcrübə mübadiləsinə, birja ticarəti mexanizmlərindən istifadə etməklə fond bazarı sahəsində ticarət-iqtisadi əlaqələrin inkişafına, elektron ticarət sistemlərinin qarşılıqlı inteqrasiyasının təşkili və birja ticarəti iştirakçılarının akkreditasiyasına, birja ticarəti alətlərinin genişləndirilməsi üzrə birgə konfransların, seminarların və digər tədbirlərin keçirilməsinə və mütəşəkkil kapital bazarının iştirakçılarına iqtisadi əlaqələri daha da dərinləşdirməyə imkan yaradacaqdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.