
18 aprel 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kəpəz” BOKT MMC-nin buraxılış həcmi 500,000 (beş yüz min) manat dəyərində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Kəpəz” BOKT MMC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2010020801 |
| İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar |
| Yerləşdirmə üsulu | Birqiymətli |
| Buraxılış həcmi | 500,000 (beş yüz min) manat |
| İstiqrazların sayı | 500 (ədəd) |
| İlkin ticarət qiyməti | 1,000 manat |
| İllik faiz dərəcəsi | 14% |
| Ödəmə periodu | ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 30(otuz) gündən bir |
| Tədavül müddəti | 60 ay |
| Hərrac tarixi | 27.05.2024 |
| Anderrayter | “Unicapital” İnvestisiya şirkəti ASC |







