

18 aprel 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kəpəz” BOKT MMC-nin buraxılış həcmi 500,000 (beş yüz min) manat dəyərində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Kəpəz” BOKT MMC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2010020801 |
İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar |
Yerləşdirmə üsulu | Birqiymətli |
Buraxılış həcmi | 500,000 (beş yüz min) manat |
İstiqrazların sayı | 500 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 manat |
İllik faiz dərəcəsi | 14% |
Ödəmə periodu | ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 30(otuz) gündən bir |
Tədavül müddəti | 60 ay |
Hərrac tarixi | 27.05.2024 |
Anderrayter | “Unicapital” İnvestisiya şirkəti ASC |