3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA BANK” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
“PAŞA BANK” ASC-nin səhmlərinin abunə yazılışı 13 aprel tarixində başlamış, 12 iyun 2026-cı il tarixində (daxil) yekunlaşmışdır.
Adıgedən səhmlərin İlkin Kütləvi Təklif (IPO) üsulu ilə yerləşdirilməsi 19 iyun 2026-cı il tarixində uğurla yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 4.2 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən səhmlər Əsas Bazar Listinq seqmentinə alınır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “PAŞA BANK” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1012006628 |
| Səhmin növü və forması | Sənədsiz adlı, adi səhmlər |
| Ticarət üsulu / forması | Kütləvi / Abunə yazılışı |
| Səhmlərin sayı | 932,926 ədəd |
| İlkin ticarət qiyməti | 55 manat |
| Buraxılış həcmi | 51,310,930 manat |
| Hərrac qiyməti | 55 manat |
| Reallaşdırılmış həcm | 51,310,930 manat |
| Sifarişlərin ümumi həcmi | 66,296,120 manat |
| Abunə yazılışında iştirak etmiş investor sayı | 17,960 |
| Sifarişi icra edilmiş investor sayı | 17,960 |
| Abunə yazılışında təklif edilmiş sifariş sayı | 20,188 |
| İcra edilmiş sifariş sayı | 20,188 |
| Yerləşdirmənin yekunlaşdığı tarix | 19.06.2026 |
| Əsas Anderrayter
Anderrayter Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC “Unicapital İnvestisiya Şirkəti” ASC |