Home » Bakı və Salyanda təşkil olunan yarmarkalarda ümumilikdə 369 vakansiya təqdim olunub

Bakı və Salyanda təşkil olunan yarmarkalarda ümumilikdə 369 vakansiya təqdim olunub

by Aytac
0 rəy 0 baxış 0 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.

Bakı Regional Məşğulluq Filialı tərəfindən Bakı şəhərində təşkil olunan yarmarkada 30 müəssisə 250 vakansiya təqdim edib.

Şirvan-Salyan Regional Məşğulluq Filialının Salyan şəhərində təşkil etdiyi məşğulluq tədbirində isə 23 işəgötürən tərəfindən 119 yeni iş yeri vətəndaşlara təqdim olunub.

Yarmarkalarda vakansiyalara müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət ediliblər.

Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə ediblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.