Home » Bakıda “Kapital bazarlarına çıxış: 1-ci İnvestor – Mikromaliyyə Forumu” keçiriləcək

Bakıda “Kapital bazarlarına çıxış: 1-ci İnvestor – Mikromaliyyə Forumu” keçiriləcək

by yunus
0 comments 2 views 1 minutes read

Yanvarın 29-da Bakıda “Kapital bazarlarına çıxış: 1-ci İnvestor – Mikromaliyyə Forumu” təşkil olunacaq.

Forum Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Kredit Büroları Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə keçiriləcək.

BBN.az xəbər verir ki, tədbirin əsas məqsədi kapital bazarları iştirakçıları ilə bank olmayan kredit təşkilatları (BOKT) arasında birbaşa dialoq mexanizmi yaratmaq, mikromaliyyə sektorunda investisiya imkanlarını investorlar üçün təqdim etməkdir. Forum çərçivəsində regionlarda fəaliyyət göstərən BOKT-lər maliyyə göstəricilərini, biznes modellərini və investisiya təkliflərini potensial investorlarla bölüşəcəklər.

Forumda Mərkəzi Bank və digər tənzimləyici qurumların nümayəndələrinin iştirakı sektorda mövcud investisiya mühiti, tənzimləyici çərçivə və əsas çağırışların açıq müzakirəsinə imkan yaradacaq. Tədbir investorlarla BOKT-lər arasında əməkdaşlığın gücləndirilməsi və konkret investisiya imkanlarının müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.