Home » Britaniya şirkətləri Azərbaycanda data mərkəzləri yaratmaqda maraqlıdır

Britaniya şirkətləri Azərbaycanda data mərkəzləri yaratmaqda maraqlıdır

by yunus
0 comments 0 views 1 minutes read

Britaniya şirkətləri Azərbaycanda məlumatların emalı mərkəzləri sahəsində layihələrin həyata keçirilməsi imkanlarını araşdırır və bu istiqamətdə Azərbaycan hökuməti, eləcə də yerli tərəfdaşlarla danışıqlar aparır.

BBN.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında bildirib.

Səfir qeyd edib ki, Böyük Britaniya süni intellekt və qabaqcıl texnologiyalar sahəsində aparıcı ölkələrdən biridir və bu istiqamət Azərbaycanla əməkdaşlıqda xüsusi yer tutur.

Onun sözlərinə görə, məlumatların emalı mərkəzlərinin fəaliyyəti böyük həcmdə enerji tələb etdiyindən, bu sahə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yarada bilər.

Dankan Norman bildirib ki, Britaniya şirkətləri hazırda Azərbaycanda potensial tərəfdaşlarla fəal müzakirələr aparırlar. Lakin mümkün layihələrin konkret detalları hələ açıqlanmır.

Səfir gələcəkdə bu danışıqların nəticəsi olaraq maraqlı layihələrin gündəmə gələ biləcəyinə ümid etdiyini vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.