Home » Bank BTB pul köçürmə imkanlarını genişləndirərək UPT sisteminə qoşuldu

Bank BTB pul köçürmə imkanlarını genişləndirərək UPT sisteminə qoşuldu

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

          Müştərilərin maksimum rahatlığını düşünərək sərfəli tariflərlə dünyanın bir çox ölkəsinə pul vəsaitlərinin köçürülməsini təmin etmək məqsədilə Bank BTB Türkiyənin beynəlxalq pul köçürmə sistemi olan UPT (Universal Payment Transfer) ilə əməkdaşlığa başlayıb.

           UPT pul vəsaitlərinin sürətli köçürülməsi üçün universal ödəniş sistemidir, dünyanın 200-ə yaxın ölkəsində yerləşən 400 mindən çox xidmət məntəqəsilə fəaliyyət göstərir. UPT sistemi vasitəsilə vəsaitləri TRY, EUR və USD valyutalarında göndərmək və almaq mümkündür. Vəsaitlər istər Türkiyənin bütün şəhərlərinə, istərsə də Avropanın bir çox ölkələrinə göndərilə bilər. Tariflərlə buradan tanış ola bilərsiniz: bit.ly/upt-tarifler

           Xidmətin rahatlığı hesab açmadan, şəxsiyyət vəsiqəsi ilə Bank BTB-nin filiallarına yaxınlaşaraq, vəsaiti alan şəxsin adını qeyd etməklə göndərmə imkanının olmasıdır.   

           UPT sisteminin əsas üstünlükləri:

  • Sürətli köçürmə;
  • Sərfəli tariflər;
  • Valyuta seçimi imkanı;
  • Etibarlılıq, təhlükəsizlik;
  • Rahat istifadə qaydaları.

               Bankımızın bu və digər məhsul və xidmətləri ilə bağlı hər hansı sualı olan vətəndaşlar onlayn müraciət kanallarımız olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) kanallarına, 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə, həmçinin, (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytımızda onlayn konsultanta həftəiçi 5 gün  müraciət edə bilərlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.