Bank hesablarının açılmasına dair dəyişikliklər müzakirə olunub

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04/24 nömrəli qərarı ilə yeni “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” təsdiq edilmişdir. Qaydaların qəbul olunması ilə bank hesablarının açılması proseduru daha da təkmilləşdirilərək qabaqcıl tendensiyalara uyğun yanaşma seçilmişdir.

20 iyun 2022-ci il tarixində Dövlət Vergi Xidməti nümayəndələri ilə bank nümayəndələri arasında keçirilmiş görüşdə bank hesablarının açılmasına dair tələblərin sadələşdirilməsi ilə bağlı Vergi Məcəlləsinə edilməsi planlaşdırılan dəyişikliklər müzakirə edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır