11


“Mərkəzi Bankın “Bank Melli İran”ın bağlanması ilə bağlı hər-hansı bir qərarı yoxdur”.
BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul etdiyi qərarın açıqlanmasına həsr edilmiş bugünkü mətbuat konfransında AMB sədri Taleh Kazımov bildirib.
“Eyni zamanda bankın maliyyə sabitliyi ilə bağlı hər-hansı bir risklər yoxdur. Bankın kifayət qədər yüksək kapitalı var, likvidliyi də yüksəkdir. Adıçəkilən bank ilə bağlı problem görmürük”.