Bank mütəxəssisləri üçün növbəti vebinar keçirilmişdir

“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Porqramı”nın icrası çərçivəsində rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə tədbirlər davam etdirilir.

Növbəti layihə olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Jet İnfosistemləri” ASC-nin birgə təşkilatçılığı ilə vebinar keçirmişdir.

22 iyul 2020-ci il tarixində baş tutan vebinarda “Jet İnfosistemləri” ASC-nin İnformasiya Təhlükəsizliyi üzrə eksperti Aleksandr Markovçin tərəfindən “PCI DSS Standartı” mövzusunda təqdimat keçirilərək, ödəniş kartı məlumatlarının təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq standartlarının tələbləri və bu istiqamətdə atılacaq addımlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Qarşılıqlı müzakirələr əsasında keçirilən vebinarda iştirakçıların sualları cavablandırılaraq ödəniş kartı məlumatlarının təhlükəsizliyi üzrə əsas prinsiplər açıqlanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır