Home » Bank Respublika mikro kreditlər üzrə yeni skorinq sistemini istifadəyə verd

Bank Respublika mikro kreditlər üzrə yeni skorinq sistemini istifadəyə verd

Bank Respublika sahibkarlar üçün kredit prosesini daha sürətli və rahat edən yeni skorinq sistemini istifadəyə verib

by yunus
0 comments 0 views 1 minutes read

Bakı, 12 may 2026-cı il. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, mikro kreditlər üzrə yeni skorinq sisteminin tətbiqinə başlayıb.

Yeni sistem sahibkarlara kredit prosesindən daha sürətli, rahat və çevik yararlanmaq imkanı yaradacaq. Belə ki, banka müraciət edən müştərilərin kredit imkanları artıq birbaşa yerində operativ şəkildə qiymətləndiriləcək, uyğun kredit məbləği qısa müddətdə müəyyən edilərək eyni gün ərzində təqdim olunacaq.

Yeni yanaşmanın əsas üstünlüklərindən biri müraciət prosesinin maksimum sadələşdirilməsidir. Sistem sahibkarların vaxt itkisini minimuma endirməklə yanaşı, həm mövcud, həm də yeni müştərilərin kredit xidmətlərindən daha rahat istifadə etməsinə şərait yaradacaq.

Skorinq sistemi müştərinin maliyyə göstəriciləri, fəaliyyət sahəsi, kredit tarixçəsi və digər mühüm meyarlar əsasında avtomatlaşdırılmış analiz apararaq kredit qərarlarının daha operativ və obyektiv şəkildə qəbul edilməsini təmin edir.

Bankdan verilən məlumata görə, layihənin əsas məqsədi ölkənin bütün regionlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, kreditləşmə prosesini daha əlçatan etmək və müştəri məmnuniyyətini artırmaqdır.

Qeyd edək ki, Bank Respublika sahibkarların inkişafına dəstək məqsədilə mikro və aqro kredit məhsulları üzrə geniş imkanlar təqdim edir:

· Məbləğ: 100 000 AZN-dək;

· Müddət: 48 ayadək;

· İllik faiz dərəcəsi – min. 10%

· Güzəşt müddəti: 12 ayadək;

· Zaminsiz və tranşla kredit imkanı;

· Təminatdan asılı olaraq komissiyasız kredit;

· Kredit xətti açılması imkanı;

· Sərbəst ödəniş qrafiki

 

Azərbaycanda aparıcı banklardan biri olan Bank Respublika sahibkarların inkişafını dəstəkləyən innovativ həllərin tətbiqini davam etdirir.

 

📌 Daha ətraflı məlumat üçün: 🌐 Veb sayt: www.bankrespublika.az 📱 Sosial şəbəkələr: 🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram 📞 Çağrı Mərkəzi: 144

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.