
“Bank Respublika” 34 illik fəaliyyəti münasibətilə sahibkarlar üçün xüsusi endirim elan edib
Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən “Bank Respublika” ASC 34 illik fəaliyyəti münasibətilə sahibkarlar üçün “34 GÜN – 34% ENDİRİM” adlı mikro kredit kampaniyasına start verib.
Kampaniya çərçivəsində Bankdan mikro və aqro kredit götürən müştərilər 34 gün ərzində faiz dərəcəsində 34%-dək ENDİRİM əldə edə biləcəklər.
Kampaniyanın digər özəllikləri:
· Məbləğ: 100 000 manata qədər;
· Müddət: 48 aya qədər;
· İllik faiz dərəcəsi – minimum 10 %;
· Güzəşt müddəti: 12 aya qədər;
· Zaminsiz və tranşla kredit imkanı;
· Təminatdan asılı olaraq komissiyasız kredit;
· Kredit xətti açılması imkanı;
· Sərbəst ödəniş qrafiki
Kampaniya iyunun 6-na qədər davam edəcək.
Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144




