Home » Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarlar üçün yeni layihəyə start verib

Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarlar üçün yeni layihəyə start verib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ölkənin aparıcı banklarından biri olan Bank RespublikaAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, regionlarda fəaliyyət göstərən qadın sahibkarlar üçün “Biznesin incəlikləri” adlı layihəyə start verib.

Layihə çərçivəsində ilk tədbir Xaçmaz şəhərində baş tutub. Təlimdə Bankın və Fondun əməkdaşları sahibkarları güzəştli kreditlərin verilməsi, satış, ilkin kapital mənbələri, gəlir və xərclərin hesablanması, vergi qanunvericiliyi, biznesin hüquqi əsasları kimi mövzularda məlumatlandırıblar.

Qeyd edək ki, layihə qadın sahibkarların bilik və bacarıqlarının təkmilləşdirilməsi və onların regionun iqtisadi inkişafında aktiv sahibkarlıq fəaliyyətinə cəlb olunmasına istiqamətlənib. Oktyabr – noyabr aylarında davam edəcək layihə çərçivəsində müxtəlif regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıqla məşğul olan qadınlarla görüşlər keçirilməsi və onları maraqlandıran mövzular üzrə təlimlərin təşkil olunması nəzərdə tutulub.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.