Home » Bank sektoru ilə bağlı vacib statistik göstəricilər açıqlanıb – Foto

Bank sektoru ilə bağlı vacib statistik göstəricilər açıqlanıb – Foto

by ulviyya
0 rəy 6 baxış 1 dəqiqə oxuma

Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 48 milyard 735,7 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 6,6% çoxdur.

Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 209,8 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,75% çoxdur.

2 ay ərzində bankların əməliyyat gəlirləri 911,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 25,3% çox), əməliyyat xərcləri 600,3 milyon manat (29,3% çox), xüsusi ehtiyatlara ayırmaları 54,6 milyon manat (13,5% az), digər gəlirləri 1,6 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 48,1 milyon manat (8,8% çox) təşkil edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.