Bank VTB (Azərbaycan)-dan biznes-kartlar üçün yeni aksiya

Bank VTB (Azərbaycan) fərdi sahibkarlara Direct Visa Business və Direct Visa Platinum biznes-kartlarını 50% endirimlə əldə etməyə imkan verən aksiyaya başlayıb. Bunun üçün Facebook Messenger-də çat-bank Direct Business rəqəmsal xidməti vasitəsilə onlayn kart sifarişi etmək kifayətdir.

Kartların qiyməti müddətindən asılı olaraq 10 manatdan başlayır. Fərdi sahibkarlar əsas kartla birgə əlavə kartı pulsuz sifariş edə bilər. Biznes kart kuryer vasitəsilə istənilən ünvana çatdırılır. Aksiya 9 mart 2021-ci il tarixinədək qüvvədədir.

Bank VTB (Azərbaycan)-ın biznes kartları müştərilərə bir sıra üstünlüklər təqdim edir. Bu kartlar sahibkarlara maliyyə əməliyyatlarını sadə və rahat şəkildə həyata keçirməyə imkan verir. Biznes kart vasitəsilə kontragentlərlə hesablaşmalar etmək, ezamiyyə, nümayəndəlik xərclərini, eləcə də dövlət təşkilatlarına rüsumlar ödəmək mümkündür. Bunun üçün filiala gəlmək tələb olunmur –ödənişləri onlayn-rejimdə həyata keçirmək olar.

Sahibkarlar üçün təklif olunan məhsul və xidmətlər barədə ətraflı məlumatı 986 qısa nömrəsi vasitəsilə, eləcə də bankın saytından əldə etmək mümkündür.  

Arayış: Çat bank Direct Business – fərdi sahibkarlara banka gəlmədən və vaxt itirmədən Facebook sosial şəbəkəsində maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən VTB (Azərbaycan)-ın yeni rəqəmsal xidmətidir. Çat bank Direct Business  müştərilərə biznes kart sifarişi, pul köçürmələri (ölkə daxilində, hesablar arası, dövlət büdcəsinə ödənişlər), nağdsız konvertasiya, eləcə də QR-kod vasitəsilə hesabın artırılması kimi xidmətlərdən mesencerdə istifadə etməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır