Banklararası şahmat turnirinin qalibləri bəlli olub

11-13 may 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federesiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş banklararası şahmat yarışı başa çatıb.

Yarışın nəticələrinə əsasən şəxsi komanda çempionatında “ABB” ASC qalib gəlib.

2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “TuranBank” ASC qərarlaşıb.

Banklararası şahmat çempionatında şəxsi hesabda isə ABB ASC-nin nümayəndəsi Mənsimli Rəsul qalib gəlib.

2-ci yeri PAŞA Bank ASC-nin nümayəndəsi Məmmədov Mehdi qazanıb.

3-cü yerdə isə ABB ASC-nin nümayəndəsi Hacılı Rauf qərarlaşıb.

4-cü yeri Kapital Bank ASC-dən Rəhimov Beyrək, 5-ci yerdə TuranBank ASC-dən Əliyarov Ruslan, 6-ci yeri Yelo Bank ASC-dən Qafarlı Elçin, 7-ci yeri ATB Bank ASC-dən Yusufov İosif, 8-ci yeri AccessBank QSC-dən Həsənov Elşən qazanmışlar.

Bununla yanaşı, şəxsi-komanda çempionatında qadınlar arasında “Ən yaxşı qadın iştirakçı” nominasiyasına PAŞA Bank ASC-ni təmsil edən Aliyə Mehdiyeva layiq görülmüşdür.

Artıq 5-ci dəfə keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 20 kredit təşkilatından 80-ə yaxın nümayəndə iştirak edib.

Qeyd edək ki, Yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır