Home » “Berkshire Hathaway” 4.2 milyard dollarlıq səhm alışı həyata keçirib

“Berkshire Hathaway” 4.2 milyard dollarlıq səhm alışı həyata keçirib

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Warren Buffett tərəfindən təsis edilən “Berkshire Hathaway” holdinqi səhm portfelində dəyişikliklərə gedib. Müxtəlif növ kompyuterlərin istehsalı ilə məşğul olan texnologiya nəhəngi “Hewlett-Packard” şirkətinin 121 milyon səhmini satin alan Buffett, bununla da sözügedən şirkətdə 11.4%-lik paya sahib olub.

Ümumilikdə, 4.2 milyard dollar qarşılığında həyata keçirilən bu investisiya nəticəsində “HP” şirkətinin səhm dəyəri 9.9% artaraq 34.91 dollardan 38.38 dollar səviyyəsinə yüksəlib.

Qeyd edək ki, bu tranzaksiya “Berkshire Hathaway” holdinqinin ilin əvvəlindən etibarən, “Alleghany Corp” (11.6 milyard dollar) və “Occidental Petroleum Corp” (6 milyard dollar) satınalmalarından sonra həyata keçirdiyi ən böyük satınalma tranzaksiyasıdır.

Nebraska mərkəzli “Berkshire Hathaway” 648.91 milyard dollarlıq bazar kapitalizasiyası ilə 2021-ci il üzrə şirkətlərin “FactSet” dünya sıralamasında 9-cu yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.