Home » Beynəlxalq rəqəmsal ödənişlər sektorunun qadın liderləri

Beynəlxalq rəqəmsal ödənişlər sektorunun qadın liderləri

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Rəqəmsal bankçılıq konsepsiyası uzun illərdir ki, bank sektorunun diqqət mərkəzində yer alan konsepsiyalardandır. Fintech innovasiyaları, ödəniş texnologiyaları, süni intellekt, analitika alətləri kimi bir çox predmeti özündə cəmləşdirən bu konsepsiya təməlində bir çox beynəlxalq şirkətlər və korporasiyalar dayanır. Bu qurumların tərəqqisində kişilər ilə yanaşı, qadın rəhbərlik nümayəndələrinin də rolu böyükdür.

“American Banker” tərəfindən tərtib edilən “Most Influential Women in Payments” araşdırmasında, ödəniş texnologiyaları üzrə fəaliyyət göstərən beynəlxalq şirkətlərin ən nüfuzlu qadın rəhbərləri yer alır. Onlar sözügedən şirkətlərə uzun illərdir ki böyük töhfələr verməklə yanaşı, koronavirus pandemiyasının geniş yayıldığı dövrdə ənənəvi sistemdən hibrid fəaliyyət növünə keçid prosesini də uğurla həyata keçirməyə nail olublar. Liderlər və onların rəhbərlik etdiyi qurumlarla aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

AdıVəzifəsiRəhbərlik etdiyi qurumÖdəniş sektoru üzrə təcrübəsi
Cathy BeardsleyBaş İcraçı DirektorSegpay20 il
Kim FitzsimmonsBaş İcraçı DirektorTalus Pay33 il
Valerie GreerBaş İcraçı DirektorAlliance Data25 il
Paulette RoweEkommersiya üzrə Baş İcraçı DirektorPaysafe10 il
Abeera AguiarVitse-PrezidentTD Bank18 il
Sherri HaymondRəqəmsal Tərəfdaşlıqlar üzrə Vitse-PrezidentMasterCard15 il
Silvia MensdorffVitse-PrezidentFIS22 il
Rosemary StackKorporativ Ödənişlər üzrə Vitse-PrezidentBank of America30 il
Mary UslanderVitse-PrezidentFiserv8 il
Attie MuseÖdəniş Strategiyaları üzrə DirektorVerizon15 il
Aleksandra TeichmanBaş DirektorCross River Bank15 il
Gali HeichalTərəfdaşlıqlar üzrə DirektorKlarna14 il

Məlumat üçün qeyd edək ki, “Wealth-X” analitika şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, 2021-ci ildə ümumi 2755 milyarderin 11.9%-ini qadınlar təşkil edir. Dünyanın ən zəngin qadın biznesmeni isə 71.4 milyard dollarlıq sərvət ilə Francoise Bettencourt Meyers olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.