Rəqəmsal bankçılıq konsepsiyası uzun illərdir ki, bank sektorunun diqqət mərkəzində yer alan konsepsiyalardandır. Fintech innovasiyaları, ödəniş texnologiyaları, süni intellekt, analitika alətləri kimi bir çox predmeti özündə cəmləşdirən bu konsepsiya təməlində bir çox beynəlxalq şirkətlər və korporasiyalar dayanır. Bu qurumların tərəqqisində kişilər ilə yanaşı, qadın rəhbərlik nümayəndələrinin də rolu böyükdür.
“American Banker” tərəfindən tərtib edilən “Most Influential Women in Payments” araşdırmasında, ödəniş texnologiyaları üzrə fəaliyyət göstərən beynəlxalq şirkətlərin ən nüfuzlu qadın rəhbərləri yer alır. Onlar sözügedən şirkətlərə uzun illərdir ki böyük töhfələr verməklə yanaşı, koronavirus pandemiyasının geniş yayıldığı dövrdə ənənəvi sistemdən hibrid fəaliyyət növünə keçid prosesini də uğurla həyata keçirməyə nail olublar. Liderlər və onların rəhbərlik etdiyi qurumlarla aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Adı | Vəzifəsi | Rəhbərlik etdiyi qurum | Ödəniş sektoru üzrə təcrübəsi |
Cathy Beardsley | Baş İcraçı Direktor | Segpay | 20 il |
Kim Fitzsimmons | Baş İcraçı Direktor | Talus Pay | 33 il |
Valerie Greer | Baş İcraçı Direktor | Alliance Data | 25 il |
Paulette Rowe | Ekommersiya üzrə Baş İcraçı Direktor | Paysafe | 10 il |
Abeera Aguiar | Vitse-Prezident | TD Bank | 18 il |
Sherri Haymond | Rəqəmsal Tərəfdaşlıqlar üzrə Vitse-Prezident | MasterCard | 15 il |
Silvia Mensdorff | Vitse-Prezident | FIS | 22 il |
Rosemary Stack | Korporativ Ödənişlər üzrə Vitse-Prezident | Bank of America | 30 il |
Mary Uslander | Vitse-Prezident | Fiserv | 8 il |
Attie Muse | Ödəniş Strategiyaları üzrə Direktor | Verizon | 15 il |
Aleksandra Teichman | Baş Direktor | Cross River Bank | 15 il |
Gali Heichal | Tərəfdaşlıqlar üzrə Direktor | Klarna | 14 il |
Məlumat üçün qeyd edək ki, “Wealth-X” analitika şirkəti tərəfindən aparılan araşdırmalara əsasən, 2021-ci ildə ümumi 2755 milyarderin 11.9%-ini qadınlar təşkil edir. Dünyanın ən zəngin qadın biznesmeni isə 71.4 milyard dollarlıq sərvət ilə Francoise Bettencourt Meyers olub.