Home » Beynəlxalq Ticarət Mərkəzi Azexport portalı ilə birgə həyata keçirilən layihədən yazıb

Beynəlxalq Ticarət Mərkəzi Azexport portalı ilə birgə həyata keçirilən layihədən yazıb

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Beynəlxalq Ticarət Mərkəzi (İTC) Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı ilə bərabər həyata keçirdiyi layihə barədə öz rəsmi səhifəsində məqalə dərc edib.

  Məqalədə “Ticarətə Hazır” layihəsi çərçivəsində Azexport.az portalının və İTC-nin birgə tərəfdaşlığı ilə keçirilən “e-Logistics” təlimində sahibkarlara logistika əməliyyatları, logistika infkrastrukturu, satınalma prosedurları, COVID-19 dövründə logistikanın təşkili kimi mövzularda aktual məlumatların təqdim olunduğu və əməkdaşlığın məhsuldar olduğu bildirilib.

  Azexport.az portalının rəhbəri Ayxan Qədəşov bildirir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən yaradılan Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center) Azexport portalı ilə bərabər həyata keçirilən layihə barədə növbəti məqaləni dərc etməsi portalın nüfuzlu beynəlxalq qurumlar tərəfindən regionda ciddi tərəfdaş kimi qəbul olunması deməkdir: “Düşünürəm ki, qısa zaman ərzində minimum resursla beynəlxalq arenada nüfuzlu qurumlarla bərabər təmsil olunmanı portalın uğurlarından biri kimi də hesab edə bilərik.”

 Qeyd edək ki, Azexport.az portalı Şərq Tərəfdaşlığı layihəsinin regionda “International Trade Center”- lə bərabər reallaşdırılmasında iştirak edən ən fəal tərəfdaşlardandır. “Ticarətə Hazır” layihəsi çərçivəsində “e-Commerce” və “e-Logistics” adı altında iki silsilə təlim təşkil olunub. Ümumilikdə təlimlərə 200-dən artıq sahibkar qatılıb, onlardan 70-faizdən artıq iştirak göstəricisi olan şəxslərə “QR kod” qorunma nişanı ilə təchiz olunan elektron sertifikat təqdim olunub. Sahibkarlar tərəfindən onlayn təlim və seminarlara olan marağı nəzərə alaraq müxtəlif mövzuları əhatə edən bu tip tədbirlərin müntəzəm olaraq keçirilməsi nəzərdə tutulub.

Məqalə ilə link vasitəsi ilə tanış olmaq mümkündür: https://www.intracen.org/covid19/story/Moving-your-business/

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.