Home » Birbank Biznes-dən sahibkarlara “Sürətli kredit” imkanı

Birbank Biznes-dən sahibkarlara “Sürətli kredit” imkanı

by Aytac
0 comments 1 views 1 minutes read

Birbank Biznes hər zaman bizneslər üçün rahat və əlçatan funksiyalar, o cümlədən fərqli məhsullar təqdim edir. “Sürətli Kredit” məhsulu da məhz bu yanaşmanın davamıdır. Artıq hüquqi şəxslər və fərdi sahibkarlar cəmi bir iş günü ərzində girovsuz və tamamilə onlayn şəkildə 300 000 AZN-dək məbləğdə kredit əldə edə bilərlər. Qeyd edək ki, kredit 24 ayadək müddətə və illik 12%-dən başlayan sərfəli şərtlərlə sahibkarlara təqdim olunur.

Bizneslərə dəstək olmaq, böyütmək və onların maliyyə çətinliklərini aradan qaldırmaq üçün yaradılan “Sürətli Kredit” imkanından yararlanmaq istəyən müştərilər öz ehtiyaclarına uyğun məbləği və müddəti seçə bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, müştərilər filiala getmədən sənədlərini sistemə rahatlıqla yükləyib təsdiqlədikdən sonra sadəcə bir iş günü ərzində sərfəli şərtlərlə kredit əldə edə bilərlər.

Müraciət etmək üçün: https://kbl.az/bbilsk

Birbank Biznes müştərilərində suallar yaranarsa onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://b-b.az/bbpr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.