Home » “BİRKART BOKT” MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

“BİRKART BOKT” MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

by yunus
0 comments 0 views 1 minutes read

7 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BİRKART BOKT” MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 11.08.2025-ci il tarixində başlayıb, 09.09.2025-ci il tarixində bitəcəkdir.

AZ2001027732 İSİN kodlu istiqrazların yerləşdirilməsi 11 sentyabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “BİRKART BOKT” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2001027732
İstiqrazın növü və forması Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu / forması Kütləvi / Abunə Yazılışı
İstiqrazların sayı 20,000 (ədəd)
İlkin ticarət qiyməti 100 manat
İstiqrazların buraxılış həcmi 2,000,000 manat
İllik gəlirlilik faizi 11.5%
Ödəmə periodu Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 (bir) il müddətində, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir.
Tədavül müddəti 12 ay
Ticarətə buraxılma tarixi 11.09.2025
Anderrayter  “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.