Home » Bitcoin-in qiyməti yüksəlir, treyderlər isə yeni imkanları gözləyir

Bitcoin-in qiyməti yüksəlir, treyderlər isə yeni imkanları gözləyir

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Bu gün Bitcoin-in qiymətində 1.26% artım müşahidə edilib, digər kriptovalyutaların dəyərində də artım qeydə alınıb. Lakin qiymətlər depressiv olaraq qalır, treyderlər isə Bitcoin-i alış imkanı kimi əsas səviyyəyə çatmaq üçün gözləyirlər.   

BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, Bitcoin-in qiyməti son 24 saatda 3% artmaqla 20.400 dollardan yüksəyə qalxıb. Dijital pul bazar ertəsi günü özünün ən aşağı səviyyəsindən 19.550 dollardan artmağa başlayıb, bu isə iyulun ortalarından bəri ən aşağı rəqəm idi. 

Cümə günü ABŞ-ın Mərkəzi Bankının (FED) prezidenti Jerome Powellin “Jackson Hole”dakı çıxışından öncə Bitcoin 22.000 dollara ticarət edilirdi.

Kripto şirkəti BitBull-un CEO-su Joe DiPasquale açıqlamasında deyib ki, makroiqtisadi qeyri-müəyyənliklər Bitcoin-in qiyməti üzərində təzyiq yaratmağa davam edir: “Biz bazarın yeni minimumlara reaksiyasını izləyəcəyik. Bitcoin-i 15.000-20.000 dollar arasında tənzimləmək niyyətindəyik”.

Bitcoin-dən əlavə ikinci ən böyük kripto Ether isə 10% dəyər qazanıb və 1.600 dollara ticarət edilib. Amma yenə də Bitcoin ilə müqayisədə daha çox dəyər itirib.

Qeyd edək ki, FED prezidentinin mesajı bu idi ki, iqtisadi tənəzzül riskinə rəğmən yüksək faiz dərəcələri ilə inflyasiya ilə mübarizə aparmaq məqsədindən dönməyəcək. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.