Home » FED-in prezidenti xəbərdarlıq etdi: “Bir qədər ağrı qabaqdadır”

FED-in prezidenti xəbərdarlıq etdi: “Bir qədər ağrı qabaqdadır”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

ABŞ-ın Mərkəzi Bankının (FED) prezidenti Jerome Powell, cümə günü Wyoming, “Jackson Hole”dakı çıxışında deyib ki, qurum öz imkanlarından güclü şəkildə istifadə etməklə 40 ildən çox müddətə hələ də ən yüksək səviyyəyə yaxınlaşan inflyasiya ilə mübarizə aparmaq üçün istifadə edəcək. 

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, Powell əlavə edib ki, “ehtimal ki, yüksək faiz dərəcələri bir müddət davam edəcək. Rekord göstəricilər Mərkəzi Bankın siyasətinin vaxtından əvvəl yumşaldılmasının əleyhinə çıxış edir”.

Mərkəzi Bankın sədri bu açıqlamaları o zaman edib ki, inflyasiya ola bilər ki, özünün ən yüksək həddinə çatsın, lakin data-larda heç bir nəzərəçarpacaq azalma əlamətləri görünmür. Powell, həmçinin, əlavə edib ki, FED bir yaxud iki aylıq data-lardan təsirlənməyəcək. 

Prezident çıxışı zamanı xəbərdarlıq edib ki, Mərkəzi Bankın inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini artıracağı gözlənilir. Bu isə ABŞ iqtisadiyyatına “bir qədər ağrı” gətirəcək.

Qeyd edək ki, FED bu il faiz dərəcələrini 4 ardıcıl, 225 baza bəndi artırmaqla, hədəf səviyyəyə – 2.25-2.50%-ə çatdırıb.

 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.