Bloomberg: London Avropanın ən dəyərli səhm bazarı mövqeyini itirib

Böyük Britaniyanın səhm bazarı Avropanın ən dəyərli səhm bazarı mövqeyini itirib. Yeni data göstərib ki, Fransa birinci mövqeyi əldə edib. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, Bloomberg-in yeni data-sına görə, zəif funt sterlinq, Böyük Britaniyada iqtisadi tənəzzül ilə bağlı qorxular və Fransanın lüks məhsullarının satışlarının artması dəyişikliyin əsas səbəbləri sırasındadır. 

Qeydlərin aparılmağa başladığı 2003-cü ildən bəri ilk dəfə Paris Londonun Avropanın səhm bazarındakı TOP 1 mövqeyini əldə edib. 

Bloomberg-in hesablamalarına, əsasən hazırda Britaniyanın səhmlərinin dəyəri 2.821 trilyon dollardır, yaxud 2.3 trilyon funt sterlinq, Fransa üzrə isə bu 2.823 trilyon dollardır. 

Məşhur dəb brendi Louis Vuitton-a sahib olan LVMH-in səhmlərinin dəyəri son 6 ayda 22% yüksəlib, Hermès-də isə bu 37%-dir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır