Home » Yenin enməsindən sonra, gözlənilməz şəkildə Yaponiyanın iqtisadiyyatı kiçilib

Yenin enməsindən sonra, gözlənilməz şəkildə Yaponiyanın iqtisadiyyatı kiçilib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Gözlənilməz şəkildə il ərzində ilk dəfə Yaponiyanın iqtisadiyyatı kiçilib. Yaşam xərclərinin yüksəlməsi istehlakçıların xərcəmələrinin inkişafına təsir edib. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bildirilir ki, Ümumi Daxili Məhsul (ÜDM) illik səviyyədə sentyabrda başa çatan 3 ayda 1.2% enib. Qlobal iqtisadi enmə qorxularına görə, insanlar daha az xərcləyirlər və zəif yen isə idxalı daha bahalı edib.

Lakin analitiklər dünyanın 3-cü ən böyük iqtisadiyyatının olduğu Yaponiyada iqtisadi tənəzzül qorxularının sona çatacağını və yenidən əvvəlki inkişaf dinamikasına qayıdacağını gözləyirlər. 

Capital Economics-də iqtisadçı çalışan yapon Darren Tay isə bildirib ki, 2022-ci ilin sonundan iqtisadiyyatın genişlənəcəyini gözləyirik. 

“Yaponiyanın iqtisadiyyatı turizm və güclü ticarət balansından mənfəət əldə edəcək. Ancaq virus riksi və yüksək inflyasiya isə bərpanın genişlənməsini limitləyir”, – deyə analitik qeyd edib. 

Qeyd edək ki, ötən ay ölkənin pul vahidi yen dollar qarşısında özünün son 32 ildəki ən aşağı səviyyəsinə enmişdi. Bu isə yapon ailə və biznesləri üçün idxal mallarını daha bahalı edir, məsələn yağ və digər ərzaq məhsulları kimi. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.