Home » BMT Azərbaycanda iqtisadi artım proqnozlarını açıqlayıb

BMT Azərbaycanda iqtisadi artım proqnozlarını açıqlayıb

by Zeyneb
0 comments 2 views 1 minutes read

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ildə Azərbaycanda iqtisadi artımın 2,7 % olacağını proqnozlaşdırır. BMT-nin məlumatına əsasən, 2027-ci ildə ölkənin ümumi daxili məhsulunda (ÜDM) artım 2,6 % səviyyəsində gözlənilir.

Qurumun qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatı 2025-ci ildə 1,6 % artım nümayiş etdirib. Bildirilir ki, 2026-cı ildə iqtisadi artımın sürətlənməsi əsasən təbii qaz hasilatı və ixracının artması, eləcə də qeyri-neft-qaz sektorunda davamlı inkişaf hesabına baş verəcək.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi daha nikbin proqnoz irəli sürərək 2026-cı ildə ÜDM-in 2,9 %, 2027-ci ildə isə 3,3 % artacağını açıqlayıb.

Beynəlxalq reytinq agentliklərinin proqnozları isə fərqlidir. Belə ki, “S&P Global” 2026-cı ildə iqtisadi artımı 2 %, “Fitch Ratings” 2,5 %, “Moody’s” isə 2,5 % səviyyəsində qiymətləndirir.

Digər beynəlxalq maliyyə institutlarının proqnozlarına əsasən, Asiya İnkişaf Bankı Azərbaycanda 2026-cı ildə 2 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2,5 %, Dünya Bankı isə 2,4 % iqtisadi artım gözləyir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.