Home » BMT-dən ərzaq qiymətləri ilə bağlı xəbərdarlıq

BMT-dən ərzaq qiymətləri ilə bağlı xəbərdarlıq

by anar
0 comments 4 views 1 minutes read

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Rusiyanın taxıl sazişini ləğv etmək qərarının təsirləri müzakirə edilib.

BMT Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini ləğv etmək qərarının qlobal ərzaq qiymətlərinə və inkişaf etməkdə olan ölkələrə geniş təsir göstərəcəyi barədə bu ölkəni xəbərdarlıq edərək, Moskvanı razılaşmaya qayıtmağa çağırıb.

Rusiyanın razılaşmaya qayıtmasının vacibliyini vurğulayan bir çox üzv dövlət də sıx səylərinə görə Türkiyə və BMT-yə təşəkkür edib.

Burada çıxış edən BMT baş katibinin siyasi və sülh quruculuğu üzrə köməkçisi Rosemary DiCarlo Rusiyanın qərarından sonra qlobal ərzaq qiymətlərinin artmağa başladığına diqqət çəkib.

DiCarlo qeyd edib ki, Rusiyanın bu addımı mövcud kənd təsərrüfatı, enerji və maliyyə böhranlarını daha da gücləndirəcək.

Rusiyanın Ukraynadakı limanlara hücumunun ərzaq təhlükəsizliyinə əlavə zərbə vurduğuna diqqət çəkən DiKarlo, hücumların mülki vətəndaşların da itkisinə səbəb olduğunu bildirib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.