Home » BOEMDA və “SMARTNATION” platforması arasında Əməkdaşlıq Memorandumu imzalanıb – Foto

BOEMDA və “SMARTNATION” platforması arasında Əməkdaşlıq Memorandumu imzalanıb – Foto

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) və “SMARTNATION” insan inkişaf platforması arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənədi BOEMDA-nın direktoru Cavid Abdullayev və “SMARTNATION” insan inkişaf platformasının təsisçisi, COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədova imzalayıb.

Sənədə əsasən, Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində iqlim dəyişmələri və “yaşıl artım”, Maarifləndirmə və Ətraf mühitin sağlamlaşdırılması istiqamətlərində birgə əməkdaşlıq və fəaliyyət həyata keçiriləcək. Əməkdaşlıq Memorandumu “Made in Azerbaijan” istiqamətində yerli “yaşıl” texnologiyaların, məhsul və xidmətlərin yaradılması və bu məqsədlə “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinin təşviqinə dəstək tədbirlərini ehtiva edir. Tədbirlərin dövlət-özəl, elmi-tədqiqat müəssisələrinin birgə əməkdaşlıq və dialoq prinsipləri ilə həyata keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.