Home » BOKT-larda kənar audit üçün minimum tələblər təsdiqlənib

BOKT-larda kənar audit üçün minimum tələblər təsdiqlənib

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bank olmayan kredit təşkilatlarında (BOKT) kənar auditin aparılmasına dair minimum tələbləri təsdiqləyib.

BBN.az xəbər verir ki, bu barədə qərarı AMB-nin sədri Taleh Kazımov imzalayıb.

Yeni tələblərə əsasən, qaydalar yalnız qanunvericiliklə nəzərdə tutulmuş kənar auditlərə şamil olunur və BOKT-ların öz təşəbbüsü ilə keçirilən auditlər bu kateqoriyaya daxil deyil.

Qərara görə, kənar auditor:

  • Auditorlar Palatasının ictimai əhəmiyyətli qurumlar üçün müəyyən etdiyi tələblərə cavab verməlidir;

  • Müstəqil olmalı və BOKT-la hər hansı işgüzar və ya digər əlaqəsi olmamalıdır;

  • Yoxlamada iştirak edəcək əməkdaşlar son 3 ildə həmin BOKT-də işləməməlidir;

  • Eyni auditor eyni BOKT-un auditini ardıcıl 5 ildən artıq aparmamalıdır.

BOKT-lar hər il dekabrın 15-nə qədər audit yoxlamasını aparacaq kənar auditor barədə AMB-yə yazılı məlumat təqdim etməlidir.

Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün AMB-nin Hüquq departamentinə müvafiq tapşırıq verilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.