Home » Böyük Britaniya Mərkəzi Bankının qərarından sonra – Yeni proqnoz

Böyük Britaniya Mərkəzi Bankının qərarından sonra – Yeni proqnoz

by anar
0 comments 5 views 1 minutes read

İyunun 22-də Böyük Britaniyanın Mərkəzi Bankı (Bank of England) əsas faiz dərəcələrində dəyişiklik etmişdi. Dəyişikliyə əsasən tənzimləyici yüksələn inflyasiya ilə mübarizə aparmaq üçün əsas faiz dərəcələrini daha 50 baza bəndi artırmaqla bağlı qərar qəbul etmişdi. Son illərdə 13-cü dəfə artıma gedən tənzimləyicinin qərarı ilə əsas faiz dərəcələri 4.5%-dən 5%-ə yüksəldilmişdi.

BBN.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Mərkəzi Bankın qərarından sonra, ekspertlər tənzimləyicinin gələcək qərarları ilə bağlı proqnozlarını elan ediblər. Belə ki, proqnoza əsasən əsas faiz dərəcələri 2023-cü ilin sonuna qədər 6%-ə çatacaq. Qərar isə 2024-cü ilin yay ayına qədər qüvvədə qalacaq. Bəzi ekspertlər isə qeyd edirlər ki, ölkə iqtisadi tənəzzül ilə üzləşə bilər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.